14 yaşlı Nicatın axtarışları davam etdirilir – Yenilənib

Dünən Mingəçevir şəhəri, Qarabağ suvarma kanalında batan şəxsin axtarışları davam etdirilir.

Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, hazırda vətəndaş - 2012-ci il təvəllüdlü Nicat Yalçın oğlu Şərifzadənin batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

05.08.2026 18:36