Polis əməkdaşlarının keçirdikləri qətiyyətli əməliyyat tədbirləri nəticəsində mayın 9-da və 10-da ümumi çəkisi 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq müsadirə olunub.
Konsensuz.az xəbər verir ki, bu barəəd Daxili İşlər Nazirliyindən məlumata verilib. Verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 4,1 kiloqramdan artıq heroin, 12,5 kiloqramdan çox marixuana, 7,2 kiloqrama yaxın metamfetamin, 1,2 kiloqrama yaxın həşiş, həmçinin 654 ədəd metadon həbi olub.
Qeyd edilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
