45 nəfərə pulsuz mənzil veriləcək

Əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün Saatlı rayonunda mənzillər veriləcəyi gözlənilir.

Konsensus.az xəbər verir ki, artıq sözügedən prosedur başlanılıb.

Qeyd olunur ki, əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün Saatlı rayonunda 18 ədəd üçotaqlı və 27 ədəd ikiotaqlı mənzilin satın alınması nəzərdə tutulur.

Layihəyə xərclənəcək ilkin ehtimal olunan qiymət 3 milyon 385 min 800 manatdır. (oxu.az)

01.07.2026 14:09