
ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının komandanı, general Aleksus Qrinkeviç Pentaqon rəhbərliyinə İsrailin ballistik raket hücumlarından müdafiəsini davam etdirmək üçün sərəncamında kifayət qədər hərbi-dəniz qüvvəsinin olmadığını bildirib.
Konsensus.az The Washington Post-a istinadən xəbər verir ki, general müraciətində əgər ona əlavə bir esmines ayrılmasa, ABŞ ərazisinin müdafiəsi ilə İsrailin raket hücumlarından qorunması arasında seçim etmək məcburiyyətində qalacağını bildirib.
Məlumata əsasən, hazırda ABŞ Hərbi Dəniz Qüvvələrinin iki aviadaşıyıcı zərbə qrupu Aralıq dənizinin şərq hissəsində, daha bir qrup isə Qırmızı dənizdə yerləşdirilib və regionda əməliyyatlar həyata keçirir.
Qəzet yazır ki, generalın xəbərdarlığı Yaxın Şərqdə artan gərginlik fonunda ABŞ-ın hərbi resurslarının bölgələr arasında bölüşdürülməsi ilə bağlı narahatlıqları bir daha gündəmə gətirib.