ABŞ kəşfiyyatı İranın zədələnmiş hərbi imkanlarını sürətlə bərpa etdiyini açıqlayıb

ABŞ kəşfiyyatı İranın ABŞ və İsrail hücumlarında zədələnmiş hərbi imkanlarını gözləniləndən daha sürətlə bərpa etdiyini qiymətləndirib.

Konsensus.az xəbər verir ki, bu barədə CNN yazıb. İran aprelin əvvəlində başlayan altı həftəlik atəşkəs dövründə dron istehsalını bərpa edib. Məlum olub ki, o, raket buraxıcılarını, istehsal müəssisələrini və vacib silah sistemlərini sürətlə təmir edib.

ABŞ rəsmilərinin sözlərinə görə, İran altı ay ərzində dron imkanlarını da tam şəkildə bərpa edə bilər. İranın kəşfiyyat icması tərəfindən proqnozlaşdırılan bütün müddətləri aşdığı bildirilir.

Məlumatda qeyd olunur ki, Rusiya və Çindən gələn dəstək İranın sürətli bərpasında təsirlidir. Xüsusilə, Çinin raket istehsalı üçün hissələr tədarük etdiyi irəli sürdüyü bildirilir.

22.05.2026 15:11