ABŞ-ın "Lockheed Martin F-35 Lightning II" hərbi qırıcısı Ərəbistan yarımadası səmasında uçarkən göyərtəsində fövqəladə və ya qəza vəziyyətinin olduğunu bildirən "7700" siqnalını yayımlayıb.
Konsensus.az xəbər verir ki, bu barədə məlumatlar təyyarələrin hərəkətini izləyən "Flight Radar" xidmətinin göstəricilərində öz əksini tapıb.
Məlumata görə, qırıcı havaya qalxdıqdan sonra həyəcan siqnalı işə düşüb. Platformanın məlumatlarına əsasən, təyyarə Oman və Oman körfəzinin üzərindən uçaraq keçib.
