
ABŞ-nin dövlət katibi Marko Rubio aprel ayında Pakistanda keçirilən və vitse-prezident Cey Di Vensin də qatıldığı danışıqlarda İranla bağlı razılaşmadan imtina edilməsinə qərar verib.
Konsensus.az "NBC News" telekanalına istinadən verdiyi məlumata görə, müzakirələr zamanı ABŞ təmsilçiləri Tehranın yekun müqavilənin şərtlərini dəyişməyə cəhd etdiyi qənaətinə gəliblər. Görüşlərarası fasilədə nümayəndə heyəti növbəti addımları dəqiqləşdirmək üçün Marko Rubio ilə telefon əlaqəsi yaradıb. Dövlət katibi İranın təklifinin qəbuledilməz olduğunu bildirərək müqavilənin imzalanmayacağını vurğulayıb.
Telekanal qeyd edir ki, Rubio İranla aparılan danışıqlarda əsas sima kimi ön plana çıxmamağa çalışır. Buna baxmayaraq, o, pərdəarxası proseslərdə mühüm fiqur olaraq qalır və Vaşinqtonun strategiyasının müəyyənləşdirilməsində yaxından iştirak edir.