
İranla baş verən hərbi toqquşmalarda Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələrinin 624 hərbçisi yaralanıb.
Konsensus.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri Pentaqonun son hesabatlarına istinadən məlumat yayıb.
ABŞ Müdafiə Nazirliyi itkilərlə bağlı statistik göstəriciləri artıq ayrı-ayrılıqda dərc etməyə başlayıb. Yeni formatda həm fevralda başlayan əməliyyatın ilk günlərindən, həm də gərginliyin növbəti mərhələsinin start götürdüyü 7 iyuldan etibarən toplanan məlumatlar nəzərə alınır.
Hərbi mənbələrin bildirdiyinə görə, hesabat formatındakı bu dəyişiklik aprel ayında əldə olunmuş atəşkəs razılaşması ilə bağlıdır.
"İyulun 7-dən bəri yaralanan əsgərlərin rəsmi sayı 207 nəfər təşkil edir. Beləliklə, münaqişə başlanandan bəri xəsarət alan ABŞ hərbçilərinin ümumi sayı 624-ə çatıb", – deyə məlumatda qeyd olunur.