
ABŞ-nin Hindistan tankerinə zərbəsi nəticəsində itkin düşmüş üç dənizçinin cəsədi tapılıb.
Konsensus.az xəbər verir ki, bu barədə Hindistanın limanlar, gəmiçilik və su yolları naziri Sarbananda Sonoval "X" sosial şəbəkəsində məlumat yayıb.
"Təəssüflər olsun ki, əvvəlcə itkin düşdüyü bildirilən üç hindistanlı dənizçinin cəsədləri tapılaraq şəxsiyyətləri müəyyənləşdirildikdən sonra onların həlak olduğu təsdiqlənib. Bu bizim dənizçi ailəmiz üçün ağır itkidir", - deyə o qeyd edib.
Nazir, həmçinin vurğulayıb ki, Hindistan hökuməti həlak olanların yaxın qohumlarına lazımi dəstəyi göstərməyə hazırdır.
"Mən rəsmi şəxslərə xilas edilmiş heyət üzvlərinin dərhal repatriasiyasını və sonuncu ayinlərin icrası üçün həlak olanların cəsədlərinin ən qısa müddətdə ölkəyə qaytarılmasını təmin etməyi tapşırmışam", - deyə S.Sonoval əlavə edib.