
İtaliyanın paytaxtı Roma şəhərində keçirilən beynəlxalq STEM Olimpiadasında böyük uğur qazanaraq dünya birincisi olan "Dünya Məktəbi"nin 5-ci sinif şagirdi, 11 yaşlı Ali Aslanov və onun müəllimi Murad Əliyev Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevlə görüşüblər.
Konsensus.az xəbər verir ki, görüş zamanı eyni zamanda Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti olan Adil Əliyev gənc qalibi qazandığı böyük nailiyyət münasibətilə təbrik edib, ona gələcək təhsilində və elmi fəaliyyətində yeni-yeni uğurlar arzulayıb. Qeyd edək ki, dünya birincisi olan Ali Aslanov Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Azər Aslanovun oğludur.