
Şahmatın tarixi təxminən 1500 il əvvələ, Hindistanda yaranmış “çaturanga” oyununa dayanır. Bu oyun zamanla İran, ərəb ölkələri və Avropa vasitəsilə inkişaf edərək bugünkü şahmat formasını alıb.
Konsensus.az xəbər verir ki, 1924-cü ildə Parisdə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) yaradılması ilə şahmat rəsmi olaraq beynəlxalq idman növü kimi tanınıb.
FIDE-nin məlumatına görə, şahmat bu gün 180-dən çox ölkədə geniş şəkildə oynanılır və milyonlarla aktiv oyunçusu var. Son illərdə onlayn platformaların inkişafı şahmatın populyarlığını daha da artırıb.
İdman psixoloqları qeyd edirlər ki, şahmat yalnız intellektual oyun deyil, həm də yüksək konsentrasiya, emosional nəzarət və strateji düşüncə tələb edən idman növüdür. Buna görə də bir çox ölkələrdə şahmat məktəb proqramlarına daxil edilib.
Tarixçilər şahmatı “ağıl idmanı” kimi dəyərləndirir və onun insan düşüncə sisteminin inkişafında mühüm rol oynadığını vurğulayırlar.
S. Rüfət