AMEA gənc alimlər üçün yeni platforma yaradır – Qərar qəbul olundu

AMEA-nın Rəyasət Heyətinin növbəti iclasında akademiyanın gənc alimlərinin ilk respublika konfransının keçirilməsi məsələsinə baxılıb.

Konsensus.az xəbər verir ki, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxışında elmi müəssisə və təşkilatlarda çalışan gənc alim və mütəxəssislərin əldə etdikləri elmi nəticələri ümumiləşdirmək, multidissiplinar əməkdaşlığı genişləndirmək və yeni təşəbbüsləri müəyyənləşdirmək üçün onları vahid platformada bir araya gətirməyin vacibliyini vurğulayıb.

Akademik əlavə edib ki, ilk dəfə təşkil olunacaq bu tədbir gənc alimlərin elmi yaradıcılığını stimullaşdırmaq, təcrübə mübadiləsini artırmaq və AMEA-dakı yeniləşmə prosesində elmi gəncliyin rolunu möhkəmləndirmək məqsədi daşıyır.

İclasın qərarı ilə konfransın dekabr ayında keçirilməsi planlaşdırılıb və müvafiq Təşkilat Komitəsi yaradılıb.

18.09.2026 09:00