AMEA prezidenti Akademik İsa Həbibbəyli Çində fəxri professor adına layiq görüldü

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Çin Xalq Respublikasının Hebey Dövlət Pedaqoji Universitetinin Elmi Şurası tərəfindən həmin ali təhsil ocağının Fəxri professoru seçilib.

Konsensus.az xəbər verirki, bununla bağlı Çin Xalq Respublikasından akademik İsa Həbibbəylinin ünvanına göndərilən məktubda xəbər verilib.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Hebey Dövlət Pedaqoji Universitetinin Fəxri professoru adına Azərbaycan-Çin elmi əlaqələrinin inkişafında səmərəli fəaliyyətinə görə layiq görülüb.

Qeyd edək ki, 2024-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası, Hebey Sosial Elmlər Akademiyası və Hebey Dövlət Pedaqoji Universitetinin birgə təşkilatçılığı ilə “Xəzərdən Çin Səddinədək: ədəbiyyat, texnologiya və sosial həyat” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Akademik İsa Həbibbəyli bu yaxınlarda Hebey Sosial Elmlər Akademiyasının keçirdiyi Dünya intellektuallarının XXIV konfransında məruzə ilə şıxış edib. 

Çin Xalq Respublikasının Hebey bölgəsinin elm və ali təhsil qurumlari ilə Azərbaycan Milli Elmlər Akademiyasının elmi əlaqələri uğurla davam edir.

09.09.2026 07:12