
ABŞ-da iki hərbi təyyarə havada toqquşub. .
Konsensus.az xəbər verir ki, bu barədə "Idaho Statesman" nəşri xəbər verib. Hadisə Aydaho ştatındakı Mauntin-Houm Hərbi Hava Qüvvələri bazasında baş verib.
Məlumata görə, bazada keçirilən "Gunfighters Skies" hava şousu zamanı "F/A-18F" qırıcı-bombardmançı təyyarəsinin bir variantı olan iki "EA-18G" təyyarəsi bir-birinə dəyib. Diktor təyyarə heyətinin katapultasiya edə bildiyini bildirib. Qəza yerinin ətrafındakı ərazidə qatı qara tüstü görünürdü.