Ankara Ər-Riyada qoşun və HHM sistemləri göndərir – Yeni hərbi baza gündəmdə

Türkiyə "Məkkə müqaviləsi" çərçivəsində Səudiyyə Ərəbistanındakı hərbi iştirakını genişləndirməyi və krallıq ərazisində öz hərbi bazasını yerləşdirməyi planlaşdırır.

Konsensus.az xəbər verir ki, bu barədə "Türkiye" nəşri məlumat yayıb.

Məlumata görə, Məkkə Alyansına üzv ölkələrin (Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə) oktyabrın 5-də Ər-Riyadda qəbul etdikləri birgə müdafiə öhdəlikləri çərçivəsində Türkiyə dərhal praktiki addımlar atmağa başlayır. Ankara özünün yaxın və ortamənzilli hava hücumundan müdafiə (HHM) sistemləri vasitəsilə Səudiyyə Ərəbistanının dörd mühüm qaz və elektrik enerjisi obyektinin mühafizəsini təmin edəcək. Regiona göndəriləcək kontingentin dəqiq sayı yaxın günlərdə bəlli olacaq.

Türkiyə hərbçilərinin Səudiyyə Ərəbistanına göndərilməsi üçün ölkə parlamentinin təsdiqi tələb olunur. Qərarın oktyabr ayı ərzində qəbul ediləcəyi gözlənilir.

Qeyd edək ki, Türkiyə 2025-ci ildən bəri krallığın kritik infrastrukturunun qorunması məqsədilə burada 200-dən çox hərbi mütəxəssis, texniki heyət, HHM və radioelektron mübarizə vasitələri saxlayır. Yaxın həftələrdə isə əraziyə əlavə məhdud kontingent və hərbi texnikanın yerləşdirilməsi nəzərdə tutulub.

Məlumata görə, Türkiyənin hazırda 12 ölkədə hərbi bazası mövcuddur. Bunlardan en böyüyü 30 mindən çox hərbçinin xidmət etdiyi Şimali Kipr Türk Respublikasındadır. Bundan başqa, Türkiyənin Qətər, İraq, Suriya, Somali, Liviya və digər bir sıra ölkələrdə də hərbi obyektləri var.

07.10.2026 12:21