Argentina milli yığması finalda

DÇ:2026 həyacanı kuliminasiya həddinə çatdı. Argentina millisi İngiltərə yiğması ilə qarsilaşmada finala vəsiqə qazanaraq azarkeşlərini sevindirməyi bacardı! Konsensus.az xəbər verir ki. Bakı vaxtilə 23:00 da başlayan və gərgin keçən 90 dəqiqədə İngiltərə yiğması 1:0 öndə olsa da məğlub olub. Oyunun 55-ci dəqiqəsində Entoni Qordon hesabı açır.

86-cı dəqiqədə Enzo Fernandes hesabı bərabərləşdirir. Lautaro Martinez 90+2-ci dəqiqədə komandasını önə keçirir.

Beləliklə, matç Argentinanın 2:1 hesablı qələbəsi ilə başa çatır. Bununla da “Albiseleste” finalda İspaniyaya rəqib olur. Final matçı iyulun 19-u baş tutacaq.

Qeyd edək ki, Dünya çempiontları tarixində İngiltərə 1 (1966-cı il), Argentina isə 3 dəfə (1978, 1986, 2022-ci illər) qalib olmağı bacarıb. Ümumilikdə İngiltərə 2, Argentina 6 dəfə finalda qüvvəsini sınayıb.

39 yaslı dünya ulduzu Lionel Messinin oyundakı əzmkar mübarizəsi və nümayiş etdirdiyi oyun həqiqətən də böyük maraqla qarşılanıb.

15.07.2026 21:03