
Qazaxıstanın paytaxtı Astana şəhəri Türk Ticarət və Sənaye Palataları Birliyinin (TCCI) rəhbərlərinin növbədənkənar iclasına ev sahibliyi edir.
Konsensus.az xəbər verir ki, tədbirdə TCCI-yə üzv ölkələrin ticarət və sənaye palatalarının rəhbər şəxsləri ilə yanaşı, dövlət qurumlarının, Türk Dövlətləri Təşkilatının və Türk İnvestisiya Fondunun nümayəndələri də iştirak edirlər.
İclasın gündəliyinə TCCI-nin əvvəlki qərarlarının icra vəziyyəti, Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Sammiti üçün təkliflər paketinin hazırlanması və qurumun institusional inkişafı məsələləri daxil edilib. Müzakirələrdə vahid investisiya portfelinin formalaşdırılması, ortaq elektron ticarət və ixrac platformasının yaradılması, həmçinin biznes subyektləri arasında qarşılıqlı inteqrasiyanı təmin edəcək rəqəmsal alətlərin tətbiqi ön plana çəkilib.
Qeyd edək ki, bu il Türk Ticarət və Sənaye Palataları Birliyinə sədrlik missiyasını Qazaxıstan həyata keçirir. (AZƏRTAC)