
Bakı Beynəlxalq Caz Festivalının qurucularından biri, Azərbaycan-Britaniya birgə müəssisəsi olan "AzEuroTel" şirkətinin qurucusu və keçmiş baş direktoru Nuri Əhmədov dünyasını dəyişib.
Konsensus.az xəbər verir ki, bu barədə mərhumun qohumu, “AzEuroTel" şirkətinin keçmiş şöbə müdiri Namiq İbrahimov məlumat verib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olan Nuri Əhmədov 1995-2014-cü illərdə Azərbaycan-Britaniya birgə müəssisəsi olan "AzEuroTel" şirkətinin qurucusu və baş direktoru olub. O eyni zamanda uzun illər Bakı Caz Mərkəzinə rəhbərlik edib.