"Azərbaycan dilinin müəyyən standartları mütləq dəyişdirilməlidir" - Nadir Məmmədli

Dilçiliyin süni intellektlə uzlaşdırılması mühüm prosesdir. Dünyada bu istiqamətdə intensiv inkişaf gedir. Lakin ölkəmizdə hələ milli alqoritmlər mövcud deyil və biz daha çox xarici alqoritmlərdən istifadə edirik. Azərbaycan dilinin müəyyən standartları mütləq dəyişdirilməlidir.

Konsensus.az xəbər verir ki, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli “Ana dili: kimlik və gələcək” mövzusunda gənclərin iştirakı ilə keçirilən respublika konfransında deyib.

Dilçi-alim etimoloji lüğətimizin hələ də olmaması ciddi bir problem kimi qalır. Funksional və praktik dilçilik hələ tam inkişaf etməyib və biz daha çox praktik dilin inkişafına üstünlük verməliyik və bu istiqamətdə artıq müəyyən işlərə başlanılıb.

25.05.2026 08:19