Azərbaycanlı hərbçiyə ABŞ-da yüksək vəzifə verildi

ABŞ-da yaşayan soydaşımız, əslən Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndindən olan Nəimi Amiral bu ölkənin Pakistandakı hərbi attaşesi vəzifəsinə təyin olunub.

Konsensus.az xəbər verir ki, bu barədə diaspor məsələləri üzrə ekspert Elnur Eltürk sosial şəbəkədə məlumat yayıb.

Qeyd edək ki, o, bu təyinatadək ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci donanmasında xarici əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışıb.

23.06.2026 08:00