Azərbaycanla Belarus arasında statistika sahəsində əməkdaşlıq memorandumu təsdiqlənib

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Belarus Respublikasının Milli Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə Fərman imzalayıb.

Konsensus.az məlumatına görə, Fərmana əsasən, Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Dövlət Statistika Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir. Azərbaycan Xarici İşlər Nazirliyi isə sənədin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Belarus hökumətinə bildiriş göndərməlidir. Qeyd edək ki, sözügedən sənəd bu il iyunun 2-də Minsk şəhərində imzalanıb.

14.08.2026 10:00