Böyük sülh planı təhlükədə? İsrail Livanı yenidən vurdu

İsrail Livanın cənubunda yaşayış məntəqəsinə raket zərbəsi endirib.

Konsensus.az-ın xəbərinə görə, bu barədə Livanın MTV telekanalı məlumat verib.

Məlumata görə, İsrail PUA-sı Yuxarı Nəbati bölgəsinə zərbə endirib.

Qeyd edək ki, bir gün əvvəl İsrail və Livan Vaşinqtonda Livandakı münaqişəyə son qoya biləcək çərçivə sazişi barədə razılığa gəliblər.

27.06.2026 19:26