
Bakı-Tbilisi-Bakı sərnişin qatarının biletlərində ucuzlaşma müşahidə olunub.
Konsensus.az xəbər verir ki, bəzi kateqoriyalar üzrə qiymətlərdə azalma var.
Məlumatda qeyd olunur ki, Bakı-Tbilisi istiqaməti üzrə birtərəfli komfort biletin qiyməti 81 manatdan 78.8 manata düşüb.
Digər tariflər üzrə də dəyişiklik qeydə alınıb: eyni istiqamət üzrə komfort+ biletləri 117 manatdan 112 manata, lüks sinif biletləri isə 180 manatdan 177 manata qədər ucuzlaşıb. (Trend)