Bayram günləri üçün əlavə qatar reysləri təşkil olunub

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar 27, 28, 29, 30, 31 mayda sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Qəbələ-Bakı və Bakı-Ağstafa-Bakı marşrutları üzrə əlavə reysləri təyin edib.
Konsensus.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.
Bildirilib ki, Bakıdan Qəbələyə gedəcək qatar saat 17:20-da yola düşəcək, Qəbələdən Bakıya geri dönüş isə saat 19:00-da olacaq.
Bakıdan Ağstafaya gedən qatar isə saat 08:30-da yola düşəcək, Ağstafadan Bakıya geri dönüş isə saat 17:20-da baş tutacaq.

13.05.2026 11:11