"Bitcoin" 77 min dolları keçdi – Bazar dinamikası

Kriptovalyuta bazarında "Bitcoin" və digər aparıcı rəqəmsal aktivlərin qiyməti artım göstərib.

Konsensus.az xəbər verir ki, "Bitcoin" son 24 saat ərzində 1,26 faiz bahalaşaraq 77 327,45 ABŞ dollarına yüksəlib.

Eyni dövrdə altkoin bazarında da müsbət dinamika müşahid olunub. Belə ki, Ethereum: 1,74% artaraq 2 474,28 $BNB: 3,73% bahalaşaraq 751,54 $, Monero: 3,67% yüksələrək 518,46 $ səviyyəsinə çatıb.

18.09.2026 04:51