COVID-19 sahəsində çalışan tibb işçilərinin əməkhaqlarına edilən əlavənin müddəti uzadıldı

COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən müddətli əlavənin verilmə müddəti 2026-cı ilin iyul ayınadək uzadılıb.

Konsensus.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarda bununla bağlı mövcud sənədə dəyişiklik edildiyi qeyd olunur.

Qeyd edək ki, bu müddət oktyabrın 1-də başa çatıb.

21.05.2026 10:01