
Futbol üzrə dünya çempionatının üçüncü günü azarkeşlərə bir-birindən həyəcanlı və maraqlı qarşılaşmalar vəd edir.
Konsensus.az -ın məlumatına əsasən, qrup mərhələsinin ilk turu çərçivəsində yaşıl meydanlarda daha dörd həlledici oyun baş tutacaq.
Günün ilk dueli B qrupunda mübarizə aparan Qətər və İsveçrə yığmaları arasında qeydə alınacaq. "San-Fransisko bay Area" stadionunda keçiriləcək bu gərgin matçın start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.
Növbəti qarşılaşmalar isə iyunun 13-dən 14-nə keçən gecə və səhər saatlarında futbolsevərləri ekran başına toplayacaq. Belə ki, C qrupunda təşkil olunacaq Braziliya - Mərakeş oyunu gecə saat 02:00-da, Haiti - Şotlandiya matçı isə 05:00-da başlayacaq.
D qrupunun ilk matçı kimi diqqət çəkən Avstraliya - Türkiyə qarşılaşması isə Bakı vaxtı ilə səhər saat 08:00-da start götürəcək.