“EFES - 2026” təlimləri uğurla icra olunub

Milli Ordumuzun bir qrup hərbiçisinin Türkiyədə qatıldığı “EFES - 2026” çoxmillətli təlimində növbəti tapşırıqlar uğurla icra olunub. Konsensus.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Təlimin planına uyğun olaraq, Azərbaycan, Türkiyə və Macarıstan hərbçiləri tərəfindən paraşüt hazırlığı üzrə müxtəlif tapşırıqlar praktiki yerinə yetirilib.
Müxtəlif yüksəkliklərdən paraşüt tullanışları zamanı iştirakçı ölkələrin və “EFES-2026” təliminin bayrağı daxil olmaqla ümumilikdə 53 bayraq Türkiyə səmasında dalğalandırılıb. 
Qeyd edək ki, hərbi qulluqçularımız digər iştirakçılarla birgə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

12.05.2026 13:18