Günəşdə sutka ərzində 31 güclü partlayış qeydə alınıb

İyulun 5-də Günəşdə M və C siniflərinə aid 31 partlayış qeydə alınıb.

Konsensus.az xəbər verir ki, Rusiya Tətbiqi Geofizika İnstitutundan verilən məlumata görə, rentgen diapazonunda baş verən bu partlayışlardan 12-si M sinfinə (biri M5-dən böyük olmaqla), 19-u isə C sinfinə aid olub.

Qeyd edək ki, iyulun 4-də də Günəşdə 23 partlayış baş vermiş və onlardan biri ən yüksək — X sinfi olaraq qeyd edilmişdi.

Günəşdəki partlayışlar rentgen şüalanmasının gücünə görə A, B, C, M və X olmaqla beş sinfə bölünür. Minimum gücə malik A0.0 sinfi Yerin orbitində bir kvadratmetrə 10 nanovat şüalanma gücü deməkdir və hər növbəti sinfə keçdikdə bu güc 10 dəfə artır. Bu cür alışmalar, adətən, Günəş plazmasının xaric olunması ilə müşayiət edilir və həmin buludlar Yerə çatdıqda güclü maqnit qasırğalarına səbəb ola bilir.

06.07.2026 09:07