
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Oman körfəzində İrana doğru hərəkət edən neft tankerinin sıradan çıxarıldığını bildirib.
Konsensus.az xəbər verir ki, məlumat CENTCOM-un sosial şəbəkə hesabında yayılıb.
Bildirilib ki, Palau bayrağı altında üzən "M/T Marivex" tankeri ABŞ qüvvələrinin göstərişlərini yerinə yetirmədiyi üçün hədəfə alınıb. Beynəlxalq sularda hərəkət edən gəmiyə "F/A-18 Super Hornet" tərəfindən yüksək dəqiqlikli zərbə endirilib. Təyyarə "USS Abraham Lincoln" gəmisindən havaya qalxıb.
Məlumata görə, zərbə nəticəsində tankerin sükan idarəetmə sistemi və maşın bölməsi yararsız vəziyyətə salınıb.
CENTCOM qeyd edib ki, aprelin 13-dən etibarən tətbiq olunan İranın dəniz blokadası çərçivəsində ABŞ qüvvələri 134 gəminin marşrutunu dəyişib, 42 humanitar reysin keçidinə icazə verib və məhdudiyyət rejimini pozduğu iddia edilən yeddi gəmini sıradan çıxarıb.