Gözlənilən müqavilə imzalanır: ABŞ və İran razılaşdı

"ABŞ və İran münaqişənin nizamlanmasına dair saziş mətninin yekun variantını razılaşdırıblar.

Konsensus.az xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Şayiələri bir kənara qoyaraq təsdiq edə bilərik ki, sülh sazişinin yekun, razılaşdırılmış mətni hazırlanıb və rəsmiləşdirilib. Pakistan hazırda növbəti addımların təsdiqlənməsi üçün hər iki tərəflə sıx əməkdaşlıq edir. Sülh heç vaxt indiki qədər yaxın olmayıb", - deyə o yazıb.

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp bəyan etmişdi ki, Vaşinqton və Tehran münaqişənin nizamlanmasının ümumi konsepsiyasının təsbit olunacağı anlaşma memorandumu imzalamaq niyyətindədirlər.

12.06.2026 17:30