
Google orbital məlumat mərkəzlərinin (data mərkəzləri) kosmosda yerləşdirilməsi planları ilə bağlı raket buraxılışı müqaviləsi üçün SpaceX ilə danışıqlar aparır.
Konsensus.az “The Wall Street Journal"-a istinadən xəbər verir ki, təklif olunan tərəfdaşlıq Project Suncatcher təşəbbüsünü dəstəkləyəcək. Sözügedən layihə hesablama infrastrukturunun orbitdə yerləşdirilməsini nəzərdə tutur və Planet Labs ilə əməkdaşlıq çərçivəsində prototip peyklərin 2027-ci ilə qədər buraxılması gözlənilir.
SpaceX orbital məlumat mərkəzlərini gələcəyin əsas biznes sahəsi kimi nəzərdən keçirir və artıq bu konsepsiya üçün bir milyona qədər peykin buraxılması üçün müraciət edib.
Orbital sistemlər yerüstü ərazi və enerji resursları ilə bağlı məhdudiyyətlərdən qaçmaq üçün kosmosdakı günəş enerjisinə arxalanacaq.
Google paralel olaraq digər peyk buraxılışı xidməti təminatçıları ilə də danışıqlar aparır.