Hörmüz boğazının blokadası ləğv olundu - Tramp

ABŞ Prezidenti rəsmi Vaşinqton və Tehranın müqavilə bağladığını bəyan edib.

Konsensus.az xəbər verir ki, o özü bu barədə məlumatı "Truth Social" platformasında paylaşıb.

"İran İslam Respublikası ilə saziş bağlandı. Hamını təbrik edirəm", - Tramp yazıb.

O, həmçinin dəniz blokadasının ləğvi əmrini verib və Hörmüz boğazında azad gəmiçiliyin bərpa olunduğunu elan edib.

"Mən indi Hörmüz boğazının sərbəst keçid üçün tam açılmasına və eyni zamanda ABŞ tərəfindən dəniz blokadasının dərhal ləğvinə icazə verirəm", - ABŞ prezidenti qeyd edib.

14.06.2026 22:24