
Hörmüz boğazında ticarət gəmisi mərmi zərbəsinə məruz qalıb.
Konsensus.az TASS-a istinadən xəbər verir ki, hadisə barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımalarının Koordinasiyası Mərkəzi (UKMTO) məlumat yayıb. UKMTO hücumdan sonra gəmidəki heyətin vəziyyəti, dəymiş ziyan və ətraf mühitə olunan təsirlərin qiymətləndirilməsi ilə bağlı hələlik təfərrüatın olmadığını bildirib.
İranın Keşm dairəsinin rəhbəri Əmir Teymuri isə vurulan gəminin İrana məxsus mülki gəmi olduğunu açıqlayıb. Onun sözlərinə görə, səhər saat 05:00 radələrində Henqam və Keşm adaları yaxınlığında gerçəkləşən hücum nəticəsində azı bir nəfər həlak olub, üç nəfər isə yaralanıb.