
İran Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsi "Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsi üzrə strateji tədbirlər" haqqında qanun layihəsinin gəmilərdən keçid zamanı rüsum tutulmasını nəzərdə tutan 3-cü maddəsini təsdiqləyib.
Konsensus.az xəbər "Al Mayadeen" telekanalına istinadən xəbər verir ki, yeni qaydalara əsasən İran hakimiyyətinin tranzitinə icazə verdiyi ölkələrin gəmiləri boğazdan keçərkən göstərilən xidmətlərə görə ödəniş edəcəklər. Rüsumların ekoloji xidmətlərə, təhlükəsizliyin təmin edilməsinə, yanacaq doldurulmasına və sığortaya görə tutulması nəzərdə tutulur.