Husilər Məxa şəhərini və Qırmızı dənizdəki bütün Yəmən adalarını nəzarətə götürdüklərini açıqladılar

Yəmənin şimal hissəsini nəzarətdə saxlayan "Ənsar Allah" (husilər) hərəkatının hərbi birləşmələri hökumət qüvvələri ilə gedən şiddətli toqquşmalardan sonra strateji Məxa şəhərini və Qırmızı dənizdə yerləşən bütün Yəmən adalarını ələ keçirdiklərini bəyan ediblər.

Konsensus.az xəbər verir ki, bu barədə "Ənsar Allah"ın Siyasi Bürosunun təmsilçisi Xuzam əl-Əsəd "RİA Novosti"yə açıqlamasında məlumat verib.

Hərəkat rəsmisi hərbi uğurlarını belə diqqətə çatdırıb: "Məxa şəhəri, o cümlədən Bab əl-Məndəb boğazında yerləşən Perim adası, Taiz əyalətinin Bab əl-Məndəb dairəsi və Qırmızı dənizdəki bütün Yəmən adaları hərbi qüvvələrimizin tam nəzarəti altına keçib".

10.09.2026 18:41