İran ABŞ ilə danışıqları dayandırmaq qərarına gəlib

Livanda hərbi əməliyyatların şiddətlənməsi səbəbindən İran ABŞ ilə danışıqları dayandırmaq qərarına gəlib.

Konsensus.az xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, Tehran həmçinin Hörmüz boğazını tamamilə bloklamaq, o cümlədən Bab əl-Məndəb keçidi də daxil olmaqla digər cəbhələri aktivləşdirmək qərarına gəlib.

01.06.2026 12:56