İran BƏƏ-yə 551 ballistik raket atıb

Konsensus.az xəbər verir ki, BƏƏ Müdafiə Nazirliyinin iddiasına görə, müharibənin başlanğıcından indiyədək İran ümumilikdə BƏƏ-yə 551 ballistik raket, 29 qanadlı raket və 2263 pilotsuz uçuş aparatı ilə hücum edib. Bu gün yaralanan 2 nəfər də daxil olmaqla, BƏƏ-də müharibə zamanı ümumi yaralı sayı 230 nəfərə çatıb. Həmçinin 13 nəfər həyatını itirib. (ƏL-Cəzirə)

08.05.2026 12:43