
İran Hörmüz boğazından keçən dənizaltı internet kabellərinə görə böyük texnologiya şirkətlərindən ödəniş tələb etməyə hazırlaşır.
Konsensus.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat verib.
Qeyd olunur ki, plana əsasən, Google, Microsoft, Meta və Amazon kimi şirkətlərin kabel istifadəsi üçün lisenziya haqqı ödəməsi, həmçinin texniki baxım və təmir işlərinin isə İran şirkətləri vasitəsilə həyata keçirilməsi planlaşdırılır.