İran İordaniyada ABŞ qırıcılarının olduğu bazaya zərbə endirdi

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin İordaniyadakı Əl-Əzraq hərbi hava bazasına müvəffəqiyyətlə hücum etdiyini və ABŞ hərbi təyyarələrini sıradan çıxardığını bəyan edib.

Konsensus.az xəbər verir ki, bu barədə SEPAH bəyanat verib. Qurumun Aerokosmik Qüvvələri 12 ballistik raket buraxaraq ABŞ-nin "F-35", "F-15" və "F-16" qırıcı təyyarələrinin dislokasiya olunduğu əraziləri, o cümlədən aviabazanın mühüm obyektlərini və Əl-Əzraqdakı idarəetmə mərkəzini hədəfə alıb. Hücum nəticəsində həmin hərbi strukturlar və xeyli sayda döyüş təyyarəsi məhv edildiyi bildirilib.


11.06.2026 05:14