
İyul ayında İranın Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarına endirdiyi zərbələr nəticəsində 100-ə yaxın amerikalı hərbçi yaralanıb.
Konsensus.az xəbər verir ki, bu barədə "CBS News" telekanalı məlumat yayıb.
Məlumata görə, yaralananların böyük əksəriyyəti artıq xidmət yerlərinə qayıdıb. ABŞ hərbi nazirinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell telekanalın təqdim etdiyi faktları təsdiqləyib:
"2026-cı il iyulun 7-dən bəri 100-dək hərbi qulluqçunun müxtəlif dərəcəli xəsarətlər aldığı müəyyən olunub. Bununla belə, onların 96%-i artıq xidmətini davam etdirir", – deyə Parnell bildirib.
Pentaqon rəsmisi əlavə edib ki, xəsarət alan hərbçilərdə əsasən yüngül kəllə-beyin travmaları qeydə alınıb.