
İran ABŞ-nin tətbiq etdiyi anti-İran sanksiyalarına region ölkələrinin qoşulacağı təqdirdə, təkcə Hörmüz boğazından keçən neft tankerlərinə deyil, Fars körfəzi ölkələrindən neft daşınmasında istifadə olunan digər marşrutlara da zərbələr endirməyə hazırdır.
Konsensus.az xəbər verir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai bəyan edib. İzlənilən mövqeni İranın dövlət teleradio şirkəti yayıb.
"Biz bütün qonşu ölkələrə xəbərdarlıq edirik ki, ABŞ-nin İrana qarşı iqtisadi müharibəsində iştirak etməsinlər, əks halda Tehran onları özünə düşmən hesab edəcək", - deyə Rzai vurğulayıb.
Şura katibi əlavə edib ki, region dövlətləri ABŞ sanksiyalarına qoşularsa, Fars körfəzi və Hörmüz boğazından bir damcı belə neft çıxarılmasına imkan verilməyəcək, eləcə də regiondan neft ixracının alternativ marşrutları hədəfə alınacaq.
M.Rzai Tehranın müharibəni genişləndirmək niyyətində olmadığını bildirsə də, qəti mövqeyini ifadə edib:
"Lakin qonşularımız iqtisadi müharibədə Vaşinqtonu dəstəkləsələr, Tehran onların strateji maraqlarına zərbə vuracaq".