
Futbol üzrə dünya çempionatının finalında İspaniya millisi qalib statusunu əldə edib.
Konsensus.az xəbər verir ki, final qarşılaşmasında İspaniya yığması Argentina millisindən tam üstün oyun nümayil etdirərək dünya çempionu olub.
ABŞ-nin Nyu-Cersi ştatının İst-Ruterford şəhərində yerləşən "MetLife" stadionunda keçirilən qarşılaşmanın əsas vaxtı qolsuz heç-heçə başa çatıb.
Ayrılan əlavə vaxtda İspaniyanın ulduz futbolçularından Ferran Torres 116-cı dəqiqədə fərqlənərək komandasını önə keçirib. Gözəl qolun dəqiq ötürməsini isə gənc ulduz Lamina Yamal edib.
Bu qol İspaniyaya dünya çempionluğu sevincini yaşadıb. Argentina isə turniri ikinci pillədə başa vurub.