İsrailin Livana son iki aydakı hücumları 2 800 insanın həyatına son qoyub

Martın 2-dən bəri İsrailin Livana hücumları nəticəsində həlak olanların ümumi sayı 2 795-ə, yaralıların sayı isə 8 586-ya çatıb.

Konsensus.az xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi "X" sosial şəbəkə hesabında məlumat yayıb.

"Mayın 9-da İsrail Hərbi Hava Qüvvələrinin Livanın cənubundakı yaşayış məntəqələrinə endirdiyi fasiləsiz zərbələr zamanı 36 nəfər ölüb, daha 74 nəfər isə yaralanıb", - məlumatda qeyd edilib.


09.05.2026 22:42