Kişi tennisçilərdən ibarət yığmamız "Davis Cup"da iştirak edəcək

Azərbaycanın kişi tennisçilərdən ibarət milli yığma komandası "Davis Cup" turnirində iştirak etmək üçün Moldovaya yola düşüb.

Konsensus.az xəbər verir ki, bu barədə Azərbaycan Tennis Federasiyasından məlumat verilib.

Bildirilib ki, komanda federasiyanın vitse-prezidenti Orxan Manaflı və koordinator Yalçın Manaflının rəhbərliyi altında yarışa qatılacaq.

Millinin heyətində Tamerlan Əzizov, Kənan Qasımov, Nazim Məlikov və Elvin Həşimov yer alıblar.

Qeyd edək ki, Azərbaycan yığması turnirin III qrupunda mübarizə aparacaq. Yarış 10–13 iyun tarixlərində Kişinyov şəhərində keçiriləcək.

08.06.2026 10:57