Konor Makqreqorun qayıdış döyüşünün biletləri rekord müddətə satıldı

MMA həvəskarları irlandiyalı döyüşçü Konor Makqreqorun Mütləq Döyüş Çempionatındakı (UFC) yubiley qayıdış turnirinə olan bütün biletləri anlar içində tükədiblər.

Konsensus.az xəbər verir ki, bu barədə məlumatı "AS" nəşri yayıb.

Məşhur idmançı iyulun 11-də Las-Veqasda təşkil olunacaq "UFC 329" turniri çərçivəsində oktaqona çıxacaq. Onun budəfəki rəqibi amerikalı Maks Hollouey olacaq. Qarşılaşmaya maraq o qədər böyük olub ki, satışa çıxarılan bütün biletlər cəmi dörd dəqiqə ərzində sahibini tapıb.

Biletlərin qiyməti də diqqət çəkir. Belə ki, arenanın ön cərgələrindən döyüşü izləmək istəyənlər rəsmi olaraq 43 000 dollarından (təxminən 73 100 manat) keçməli olublar. Yuxarı yaruslardakı ən ucuz biletlərin qiyməti isə 600 dollardan (təxminən 1 000 manat) başlayıb.

Xatırladaq ki, K.Makqreqor ayağının qırılması ilə nəticələnən və amerikalı Dastin Poryeyə texniki nokautla məğlub olduğu 2021-ci ilin yayından bəri peşəkar karyerasına fasilə vermişdi. Bu, onun uzunmüddətli zədədən sonra ilk rəsmi qarşılaşması olacaq. (oxu.az)

01.06.2026 21:23