Konqoda Eboladan ölənlərin sayı 500-ə yaxınlaşır

Konqo Demokratik Respublikasında (KDR) Ebola qızdırmasından laboratoriya şəraitində təsdiqlənmiş ölüm hallarının sayı artaraq 492-yə çatıb.

Konsensus.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Rabitə və KİV İşləri üzrə Nazirliyi gündəlik bülletenində məlumat yayıb.

Ötən sutka ərzində daha 19 nəfər dünyasını dəyişib. Yoluxanların ümumi sayı 1 528 nəfər təşkil edir ki, bu da iyulun 4-ü ilə müqayisədə 26 nəfər çoxdur. Ölüm göstəricisi 32.2% olaraq qiymətləndirilir.

Qeyd edək ki, Ebola qızdırmasının hazırkı alovlanması mayın 15-də KDR-in şərqində və Uqandada başlayıb. Epidemiyanın episentri Konqonun İturi əyalətində yerləşir.

05.07.2026 09:23