
Kuba İran və Rusiyadan aldığı uzaqmənzilli dronlar vasitəsillə ABŞ bazalarına qarşı hücum planları hazırllayıb.
Konsensus.az xəbər verir ki, bu barədə İsrailin Axios qəzeti məlumat verib.
Qəzet İsrail gizli kəşfiyyat hesabatlarına istinadən bildirilir ki, Kuba ehtimal ki, İran və Rusiyadan aldığı 300-dən çox uzaqmənzilli kamikadze dronuna malikdir və ABŞ-nin hücumu halında bunlardan Guantanamo Bay Naval Base bazasına, ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinə və Florida Keys bölgəsinə qarşı istifadə ssenariləri hazırlayıb.
Qeyd edək ki, Kuba Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində bildirib ki, Kubaya hücum edilərsə, o, qanuni özünümüdafiə hüququndan istifadə edəcək.