
“Prezident Ərdoğanı sevirəm. Mənim üçün qırmızı xalılar sərdi. O, möhtəşəm insandır. Amma Netanyahu dünən Türkiyə və Ərdoğan haqqında sərt sözlər dedi. Mən də ona dedim ki, Ərdoğan müharibəyə girə bilər.
Konsensus.az xəbər verir ki, Donald Tramp bu barədə NATO Baş katibi Mark Rutte ilə görüşdə deyib.
O, Ərdoğanın İsraili və Netanyahunu o qədər sevmədiyini lakin onun sayəsində müharibəyə qoşulmadığını bildirib:
“Türkiyə hərbi gücdür. Milyonlarla əsgəri var. Çox güclüdür. Ən yaxşı hərbi texnikamızın böyük hissəsinə sahibdirlər. F-35 qırıcılarını da almağa çalışırlar. Amma Ərdoğan müharibəyə girmədi. Girmək istəyirdi, girə bilərdi. Mən olmasaydım, müharibəyə qoşular və qarşı tərəfdə yer alardı.”- deyə, ABŞ prezidenti əlavə edib.