
28 May – Müstəqillik Günü münasibətilə ABŞ-nin Nyu-York şəhərində bayraqqaldırma mərasimi keçirilib. Tədbirdə Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin heyəti də iştirak edib.
Konsensus.az xəbər verir ki, bu barədə daimi nümayəndəliyin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.
"Biz bu tarixi günü Azərbaycan-ABŞ icmasının üzvləri və Nyu-York sakinləri ilə birlikdə qeyd etməkdən məmnun olduq", - deyə paylaşımda bildirilib.